https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Ronaldinyo: "Qəbələ"də oynayaram"

Ronaldinyo: "Qəbələ"də oynayaram"

"Qəbələ" klubunun təşəbbüsü ilə Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb

- “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?

- Təxminən bir ay yarım bundan əvvəl bu barədə danışıqlara başladıq.
 
- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?

- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.

- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyəyə gəlmisiz?

- Yəqin mən doğulanda Allah mənə istedad verib. Amma böyüdükcə daha çox  məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun nəticəsdiri.
 
- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?

- Hamınıza minnətdaram. Deyə bilmərəm, harda jurnalist daha çox idi. Mənə hörmət  göstərirsiniz. Hamınız çox sağolun.
 
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə məlumatınız var?

- Bəli,  bu barədə eşitmişəm. Deyəsən, 7 xal toplamısınız. İndi də mən gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
 
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

- Bakıda ev alıb yaşamaq istəyərdiniz?

- Mən dünən axşam gəlmişəm. Mətbəxinizi çox bəyəndim. Oteldən isə bura gəlmişəm. Şəhəri gəzməmişəm. Burdan çıxandan sonra şəhəri daha yaxından tanıyacam.

- Azərbaycanlı futbolçulara nə məsləhətlər görərdiz ki, heç olmasa sizin bacardıqlarınızın yarısını edə bilsinlər?

- Deyə bilərəm ki, futbola və məşqlərə tez başlamalıdırlar. Məşqlərə ciddi yanaşmaq lazımdır. Hazırlığa birinci gəlib, sonuncu getmək lazımdır.

- Pele və Maradonanın səviyyəsinə çatmamağa sizə nə mane oldu?

- Əslində mən onların səviyyəsindəyəm.

- Necə qazanmısız bu qədər azarkeşin sevgisini?

- Bunu bilmirəm. Bəlkə də gözəl futbol oynadığım üçündür.

- “Qəbələ”də oynamaq istəyərdiz?

- Niyə də yox?!

- Futbolda heç vaxt etiraf etmədiyini nəyisə bizim mətbuata söyləyə bilərsiniz?

- Mənim həyatım futbol meydançasında olub. Gizli heç nə yoxdu.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.