“Dünya ölkələrinin Suriya məsələsində Rusiyanın fikirlərini dəstəkləməsi regionda baş verən hadisələrə real baxışı göstərir”.
APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova prezident İlham Əliyevin “Sputink” agentliyinə müsahibəsində Suriyanın ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi ilə bağlı suala cavabında deyib.
“Düşünürəm ki, bu məsələ ilə əlaqədar bəzi KİV-də gedən məlumatlara deyil, real hadisələrə fikir yönəltmək lazımdır”, - deyə o söyləyib.