Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyi (MÜSAİD) qarşıdakı 6 ay ərzində dünyanın fərqli bölgələrində 12 şöbə açacaq.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dərnəyin Azərbaycanda da şöbəsinin açılması gözlənilir.
“Dünya miqyasında təşkilatlanma işlərinin aparıldığını qarşıdakı günlərdə dost və qardaş ölkələrdən Azərbaycan, Makedoniya və Gürcüstanda şöbə açmağı planlaşdırırıq. Bakıda şöbəmizin açılması üçün aparılan işlər yekunlaşmaq üzrədir”, - deyə dərnəyin direktoru Nail Olpak vurğulayıb.
N.Olpak bildirib ki, Azərbaycan tərəfi MÜSAİD-in şöbəsinin açılması ilə bağlı hər sahədə dəstək verib.