https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
search
25 Aprel 2024

Fariz Məmmədovdan növbəti qələbə

Fariz Məmmədovdan növbəti qələbə

Azərbaycanın peşəkar boksçusu, “Qəbələ” boks klubunu təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb.

Qol.Az-ın məlumatına görə, Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə F.Məmmədovun rəqibi 36 yaşlı polşalı boksçu Mariuzs Biskupski olub. Altı raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə başa çatıb.

Yeri gəlmişkən, F.Məmmədov rəqibini iki dəfə noqdauna salıb.

Xatırladaq ki, bu, səkkiz illik fasilədən sonra F.Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Bundan əvvəl o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.

Qol.Az saytının müxbiri ilə söhbətində F.Məmmədov döyüşün ağır keçdiyini, lakin vəd etdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib. O, bu qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu Mübariz Nəcəfova həsr etdiyini söyləyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.