https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Şahin Diniyev azarkeşlərlə görüşdü

Şahin Diniyev azarkeşlərlə görüşdü

Gəncə şəhər stadionunda “Kəpəz” klubunun rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Şahin Diniyevin də iştirak etdiyi toplantıya üçfanklubun üzvləri qatılıb.

Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib.

O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb.

Elmar Əliyevin klubda fanklublarla əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan Mikayıl Nərimanğlu bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.

Görüşdə çıxış edən Şahin Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının əlavə məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.