"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumat görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, prezidentlər hazır olarsa, istənilən vaxt bu görüşü təşkil etməyə hazırdırlar.