Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Nida" Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, ittihamla razılaşmadığını, hökmün siyasi motivli olduğunu deyib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.