|
|
|
|
Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda geniş ailəsi olan 57 yaşlı kişi həyatından bezdiyi üçün intihar edib.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Məlik Məmmədov 17 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında 1956-cı il təvəllüdlü Zabir İltifat oğlu Tundayev özünü asıb. Hadisə binanın 13-cü mərtəbəsinin dəhlizində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyidin üzərinə baxış keçirilərkən, onun cibindən məktub çıxıb. “Həyatımdan bezmişəm. Problemlərimi həll edə bilmirəm”, - deyə məktubda qeyd olunub.
Onun geniş ailəsi olduğu bildirilir. Mərhum 4 qız, 2 oğul sahibidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.