Prezident İlham Əliyev oktyabrın 27-də dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, Cənubi Sudan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denq, Qana Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabo, Kanadanın fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter və Uruqvay Respublikasının fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnamələri qəbul olunub.