|
|
|
|
Dubayda 3D çap texnologiyasının köməyi ilə bina inşa olunub. Bu, dünyada ilk belə binadır.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, binanın detallarının hazırlanmasına 17 gün, yığılmasına 2 gün vaxt sərf olunub.
“Gələcəyin ofisi” adlanan bina elektrik enerjisi istehlakını azaldan innovasiya texnologiyaları ilə təchiz edilib.
Bina Dubayın mərkəzində, “Emirates Towers”in yaxınlığında yerləşir.