Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin müvafiq şöbəsi apteklərdə reydlərə başlayıb.
Bu barədə Lent. az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Reydlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə həyata keçirilir.
Qeyd edək ki, yoxlamalar dünəndən aparılır. Dərmanların reseptsiz satıldığı aptek rəhbərlərinə qarşı ciddi tədbirlər görüləcək