Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı - aztc.gov.az - çex dilində də yayımlanacaq.
Bu barədə 525.az-a Mərkəzdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “Azərbaycan həqiqətləri”, “Azərbaycan yazıçıları”, “Açıq kitab”, “Xəzər”, “Aydın yol” portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı mətn və materialları 9 dildə (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars) dünyanın bir çox aparıcı mətbu orqanlarında və internet saytlarında yayımlayan aztc.gov.az saytı bu gündən etibarən çex dilində də yayımlanacaq.