İlin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatına son 3 namizədin adları müəyyənləşib.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunlar braziliyalı Marlon, venesuelalı Danyuşka Rodriges və malayziyalı Mohd Faiz Subridir.
Qeyd edək ki, ən yaxşı qolun müəllifi yanvarın 9-da açıqlanacaq.
Sözügedən mükafata namizəd qolların görüntülərini təqdim edirik: