Kerrinin aprelin 6-da İstanbula gəlməsi planlaşdırır.
525.az-ın trtazerbaycan saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın dövlət katibi aprelin 7-də xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək. Səfərlə bağlı qərar Kerri ilə Davudoğlunun martın 30-da baş tutan telefon söhbətində qəbul edilib.
Kerrinin İsrail və Fələstini də əhatə edən bölgə sədəri çərçivəsində İstanbulda keçiriləcək görüşündə Təl-Əvivin üzr istəməsindən sonra Türkiyə ilə İsrail arasındakı əlaqələr, Suriya, İraq, İran və Kıbrıs məsələlərinin detallı şəkildə müzakirəsi gözlənilir.