İmişlidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində qeydə alınıb.
Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü Rauf Mehralı oğlu Əliyevin idarə etdiyi 90 JT 280 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili İmişli rayon Hacırüstəm kənd sakini, 1983-cü il təvəllüdlü Emin Novruz oğlu Babayevin idarə etdiyi “Mercedes Benz E-200” markalı, 30 BF 627” dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü E. Babayev, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Əlimardan qızı Babayeva və qızı 2012-ci il təvəllüdlü Ayan vəfat edib.
Sürücünün iki oğlu - 2006-cı il təvəllüdlü Novruz və 2007-ci il təvəllüdlü Fehruz isə müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.