Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Bu barədə APA-ya məlumat verən E. Qədimi bildirib ki, G. Əhmədova qan təzyiqindən əziyyət çəkir: “Dünən axşam onunla görüşdüm. Vəziyyəti yaxşı deyil. Qan təzyiqi tez-tez qalxır. Hazırda müalicə olunur”.
Vəkil G. Əhmədovanın darıxdığını bildirib: “Mənə dedi ki, darıxıram. Ona elan olunan ittiham üzrə isə özünü təqsirli bilmir”.