https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
search
23 Aprel 2024
22 Aprel 2024

“Böyükağa Hacıyev “Qarabağ”ı yox, “Xəzər Lənkəran”la “İnter”i nəzərdə tutub”

“Böyükağa Hacıyev “Qarabağ”ı yox, “Xəzər Lənkəran”la “İnter”i nəzərdə tutub”

“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın 25-ci turunda lider “Neftçi”ylə qarşılaşacaqsınız. Oyun qabağı komandada vəziyyət necədir?

- Hər şey yaxşıdır. Səbirsizliklə oyunu gözləyirik. Həm psixoloji, həm də fiziki cəhətdən oyuna tam hazırıq. Vaqiflə Subaşiçdən başqa bütün futbolçular meydana çıxa biləcək vəziyyətdədir.

- Çoxları “Neftçi” -“Qarabağ” oyununu həlledici görüş sayır. Bu oyunda çox şey itirmək və qazanmaq ehtimalınız var.

- Məncə həlledici oyun deyil. “Neftçi”ni udub gələn oyunda uduzsaq, bunun nəyi həlledici olur? Çox vacib oyundur. Amma digər oyunlar da bunun qədər vacibdir. Çempion olmaq istəyən komanda bu gündən sonra hər oyuna həlledici görüş kimi baxmalıdır. Əsas odur ki, “Neftçi”yə uduzmayaq. Digər oyunlarda da xal itirməməliyik.

- “Neftçi” sizin üçün hansı rəqiblərdəndir?

- “Neftçi” artıq özü haqda hər şeyi deyib. Bu gün liderdirsə, bu komanda haqda çox danışmağa ehtiyac yoxdur. Həmişə oyunlarımız maraqlı olub. Bu komandayla oynamaq bizə də xoş olur. Çünki “Neftçi” də “Qarabağ” kimi oynamağı sevən komandadır. Buna görə də rəqibə də oynamağa imkan verir. Elə komandalar var ki, özü də oynamır, rəqibə də imkan vermir ki, oynasın. Onu deyə bilərəm ki, qalib gələ bilməyəcəyimiz komanda deyil. Nə qədər güclü olsa da, zəif cəhətləri də var. Ondan istifadə etmək lazımdır. Bu mövsüm iki dəfə məğlub etmişik. Bu oyunda da qalib gəlməyə çalışacağıq

- Uzun müddətdir ki, “Qarabağ”da oynasan da, çempionluq sevinci yaşamamısan. Bu mövsüm isə sənin və komanda yoldaşlarının çempionluq istəyi daha çoxdur. Bunun üçün “Qarabağ”ın heyəti əvvəlki illərə nisbətən yaxşı mənada fərqlənir?

- 2010-2011-ci il mövsümündə çempion olmaq üçün yaxşı şansımız var idi. Ancaq hardasa çatışmazlıqlarımız oldu. Həmin vaxt heyətimiz indikindən elə də fərqlənmirdi. Çoxu eyni futbolçular idi. Sadəcə komandamız gənc idi, oyun təcrübəsi az idi. İndi üstünlüyümüz ondadır ki, həmin futbolçular xeyli oyun təcrübəsinə malikdir. Neçə ildir sabit komandamız var. Ancaq bir məsələ də var ki, o vaxt bizdə Rəşad Sadiqov var idi. Onda oyun sistemimiz başqa cür idi. Rəşad və Adamiyanın gedişindən sonra komandada sistem dəyişməli oldu.

- Demək istəyirsən indi həmin futbolçuların yerini dolduran yoxdur?

- Elə deməzdim. Sadəcə, yeni gələn futbolçularda uyğunlaşma prosesi gedir. Komandamızın fəlsəfəsi elədir ki, oyunu nə cür gəldi, qurmuruq. Məşqçiyə ideyasını futbolçulara yeritmək üçün vaxt lazım olur. Təbii ki, komandada 3-4 il oynayan futbolçu ilə təzə gələn arasında fərq olacaq.

- Rəşad Sadiqovdan söz düşmüşkən, “Qarabağ”ın sabiq üzvü sizə qarşı oyunda iştirak edə bilməyəcək. Bu üstünlüyünüz ola bilər?

- Əlbəttə ki, Rəşad kapitandır, aparıcı fiqurdur, oynamamağı “Neftçi”yə təsir edəcək. Amma bizim üçün fərqi yoxdur. Oyuna hazırlaşanda bunu üstünlük kimi düşünmürük.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev tez-tez çıxışlarında bildirir ki, Azərbaycanda bizə rəqib yoxdur. Oyun qabağı cavab olaraq nə deyə bilərsən?

- Böyükağa müəllim o sözləri hər oyundan sonra deyir. Məncə o, bizi nəzərdə tutmur. O sözləri “Xəzər Lənkəran” və “İnter”in ünvanına deyir. Çünki biz “Neftçi”ni bu mövsüm hər iki oyunda udmuşuq. Deməli, rəqibik də “Neftçi”yə.

- “Qarabağ”ın vitse-prezidenti yenidən bəyan edib ki, qızıl medallar “Qarabağ”ın olacaq. Oyunqabağı belə bəyanat vermək yəqin sizi daha da ruhlandırıb.

- Mən özüm də optimist adamam. Tahir Gözəlin isə belə deməyi bizə biraz da stimul verir. Deməli, bizə güvənir. Rəhbərliyin bizə göstərdiyi etimadı doğrultmaq lazımdır. Sadəcə inanmaqla iş bitmir. Bunu meydançada da göstərmək lazımdır. Çempion olmaq istəyən çox olur. Amma axırda biri bunu bacarır.  Qədərimizdə varsa biz olacağıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.