Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən büdcə xərclərini düzgün yerinə yetirməyənlərin hesabları bağlanacaq.
APA-nın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov bu gün Milli Məclisdə illik hesabatla bağlı çıxışı zamanı bildirib.
O qeyd edib ki, həmin müəssisələrin hesablarının bağlanması üçün qanunvericilik palataya kifayət qədər səlahiyyətlər də verir: “İllik yoxlamalar zamanı məlum olub ki, əmək haqqı və sosial müdafiə xərcləri ilə bağlı çatışmazlıqlar artıb. Qadınların mühasib olduğu müəssisələrdə belə çatışmazlıqların daha çox olması müşahidə olunur”.