Daxili İşlər Nazirliyi aprelin 4-də Ağdaş rayonunda baş vermiş intihar faktı ilə əlaqədar məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı, polis serjantı Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.