Bu gün günorta saatlarında cəbhə xətti üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları olub.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarə Ağdam və Tərtər rayonları ərazisində, cəbhə xətti üzərində uçuşlar həyata keçirib.
Qeyd edək Ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində keçirilən monitorinqi izləyiblər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.