https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Rəşad Sadıqov: “Neftçi”nin hərəkəti məni çox məyus etdi”

Rəşad Sadıqov: “Neftçi”nin hərəkəti məni çox məyus etdi”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra yaşanan hadisələrlə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb

- Hazırda “Neftçi” – “Qarabağ” matçının özündən daha çox, görüşün hakimliyi müzakirə edilir. Bəs siz siz hakim idarəçiliyi haqda nə deyə bilərsiniz?

- Hakim oyunu nomral idarə etdi. Bizim də lehimizə və əleyhimizə qərarları oldu, “Qarabağ”a qarşı səhvlərə yol verdi. Belə oyunlarda səhvlərin olması normaldır. Çünki çox gərgin mübarizə gedirdi. Fikirləşirəm ki, layiqli qələbə qazandıq.

- Ancaq “Neftçi” layiqli qələbə qazandığınızı düşünmür. 

- “Neftçi”nin bizim qələbəyə kölgə salmağı məni çox təəssüfləndirdi. Bir faktı qeyd edəcəm, çox danışmayacağam. Çünki bu haqda danışmamağa söz vermişik. Başımızı aşağı salıb, işimizə davam etməyə qərar vermişik. Hansı qərar verməsindən asılı olmayaraq, biz heç vaxt hakim haqqında danışmamışıq. Amma onu xatırlatmaq istəyirəm ki, Rəhim Həsənov o hakimdir ki, keçən il “Neftçi” ilə oyunun 93-cü dəqiqəsində, hesab 1:1 olarkən bizim qapımıza mübahisəli penaltı təyin etmişdi. Nəticədə “Neftçi” qələbə qazandı. Amma həmin oyundan sonra heç birimiz - nə futbolçular, nə məşqçilər, nə də rəhbərlik “Neftçi”nin qələbəsinə kölgə saldıq. Matçdan sonra onları bu qalibiyyət münasibətilə təbrik də etdik. Amma bir daha deyirəm, bu dəfə bizim qələbə qazanmağımızdan sonra “Neftçi”nin etdiyi hərəkətlər məni çox məyus etdi.

- Yeri gəlmişkən, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”a təbrik düşmür” fikrinə münasibətini bilmək maraqlı olardı.

- “Neftçi”də dostlarım, yaxınlarım çoxdu. Neçə illər o komandada oynamışam. Bu komandanın özünə və azarkeşlərinə böyük sevgim var. Ona görə çox danışa bilmirəm.  Çünki mən əldə etdiyim uğurlara görə, “Neftçi”yə çox borcluyam. Amma bu qədər danışalacaq, bu qədər etiraz ediləcək heç nə olmayıb. “Qarabağ”la “Neftçi” arasındakı oyunlarda bizə qarşı çox haqsızlıq olub. Ancaq biz heç vaxt bunu belə qabartmamışdıq.


- “Neftçi” qapılarına təyin olunan penalti epizoduna daha çox etiraz edir. Həmin an meydançada olan futbolçu kimi bu haqda nə deyə bilərsizniz?

- O epizodda rəqib futbolçu Reynoldonu arxadan çəkirdi. Onu tuturdular. Penaltini hakim verdi. Sizi inandırım ki, həmin oyunda istənilən komandanın cərimə meydançasında beş belə epizod olsaydı, hakim penalti verərdi. Ancaq mən bu qədər aqressiv hərəkətləri başa düşə bilmirəm.

- “Qarabağ” bu mövsüm “Neftçi”yə üç oyunda qalib gəlib. Bəlkə Böyükağa  Hacıyev məğlubiyyətini həzm edə bilmir?

- Mən bu haqda danışmaq istəmirəm. Elə olub ki, bizim matçlarda rəqib qapısına penalti verilməyib, qırmızı vərəqə göstərilməyib. “Neftçi” ilə matçda penalti 35-ci dəqiqədə verildi, qarşıda 65 dəqiqəlik oyun var idi. Bir daha deyirəm, bu məsələ bu qədər şişirdilməməlidir.

- Son müsahibənizdə demişdiniz ki, avrokuboklara vəsiqə qazanmaq üçün oynayırsınız. “Neftçi” üzərindəki qələbədən sonra çempionluğa oynamaq olar?

- Biz şəxsən futbolçular çempionluq haqqında fikirləşmirik. Çünki ancaq çempionluğu düşünmək oyunumuza mane olur. Biz yalnız hər matçda üç xal qazanmaq maraqlandırır. Qarşıda “İnter”lə oyunumuz gəlir, hazırda fikrimizi bu matça yönəltmişik. Bundan sonra isə “Neftçi” ilə kubokdakı oyunumuzu düşünəcəyik. Biz yalnız bu cür uğur ələdə edə bilərik.

- Yeri gəlmişkən, “Neftçi” ilə kubok oyunlarından nə gözləyirsiniz? 

- Biz yalnız oyunu və azarkeşləri düşünürük. Çox gərgin oyun olacaq.

Aysel BƏXTİYARLI

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.