|
|
|
|
Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.
Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.
Yuxusuzluq çətin deyil gözlərimə...
Bir gülüstana aşiq oldum ki, soruşmayın. Həm də bülbülləri yalançı çıxardacaq qədər.
Əllərinə, barmaqlarına, alnına, bir dəfə görə bilmə şərəfinə nail olduğum üzünə və saçlarına qalu-bəladan bəri vurğunam o gözəlin.
Heç atəş də sevilərmi deməyin, sevilərmiş! Həm də ölümünə.
Heç həsrətin həddindən artığı istənilirmi deməyin və dahası varmı deyə düşünməyin, vardır çünki.
Əllərim, barmaqlarım, üzüm, gözüm, xülasə, bütün vücudum darıxmaqdan dəli kimi olmuş. Bu xəstəliyin bir dərmanı yoxdur hər halda dünyada.
Yuxusuzluq problem deyil gözlərimə. Əllərim eşq üçün yazmaqdan xoşbəxt. Dilim sevgini tərənnüm etməkdən sərxoş. Barmaqlarım atəşini tapdı və sərməst oldular, lakin könlümə qəm vura bimirəm, hələ də.
Gecənin səssizliyi içində düşüncələrimi yuxuya verə bilmirəm. Çarə olsun deyə nələrə cəhd etmədim ki. Atəşi su söndürərmiş, təcrübədə yoxladım bunu.
Atəş ancaq onu odlayanla dayandırılır və sözə baxır, amma onsuz qalanda da olan olur gecə.
Şükür etmək və səcdə yaxşı təsir edir həmişə. Təslim olmuşsan eşqə ən təsirli olandır şükür. Amma bəzən şükür də çarə olmur könülə.
Sanki şükür böyüdür atəşi və alışır, od tutur sevda. Uçurumlardan hər gün yıxılmaq kimidir bu həsrət. Öldükcə ölməyi gəlir insanın.
Doya bilməmək məsələsi ən dolaşıq mövzu imiş ki. Həsrətin səbəbkarı bu doya bilməməkmi, görəsən? Həm doya bilməmək, həm də qıya bilməmək eşqin nəticəsidir, əlbəttə.
Qıra bilməmək də əlavə olununca bunlara olacaqlar olur onda. Həsrət hər an sinə qəfəsini yumruqlayarmı insanın ürək döyüntüləri ilə? Qanı çəkilirmi sevdiyi gəlincə ağılına? Çəkilirmiş anladım.
Bu haldan şikayətçi deyiləm mən; sitəmkar da deyiləm. Yalnız halımı ifadə etdim, içimi tökdüm sözlərə. Bu qədər zorlanıb da şükrdən heç imtina etmədim ki mən.
Təslim oldum Rəbbimə, qədərə və eşqə. Məhşərim onunla olsun; Sonsuzluğum onun olsun bu yetər mənə.
Baxışların qığılcım
mənə düşər har olur,
Son nəfəsdə son sözüm,
şübhəsiz ki, yar olur.
Sən dördüncü cəmrəsin
bir gülüşünlə belə
Könül gülüstanımda
hər mövsüm bahar olur.