Bu gün Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.