Orta məktəblərdə şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün ciddi addımlar atılır.
Bunu təhsil naziri Misir Mərdanov 525.az-a açıqlamasında deyib. Nazir bildirib ki, köçürmə hallarının qarşısını almaq üçün yeni tədris ilindən etibarən müvafiq tədbirlər görülməyə başlanıb:
“Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideynlər yalandan guya uşağının məktəbini dəyişir, amma məktəbə qoymur. Müəllimləri evində repititorluğa cəlb edir, şagirdin adını isə bir məktəbdən çıxarılıb o biri məktəbə salır. Beləliklə çox ciddi problemlər yaradır".
S.QARAYEVA