https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

"Qalatasaray": davam, yoxsa tamam?

"Qalatasaray": davam, yoxsa tamam?
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. 

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edəcək. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandalardan hansının yarımfinala çıxacağı bugünkü oyunda bilinəcək. 

Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olacaq. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları az görünsə də, ispanlara rahat təslim olmayacaqları şübhə doğurmur. 

Xatırladaq ki, hər iki komanda bu oyuna itkilərlə çıxacaq. İstanbul təmsilçisin heyətində sarı vərəqə cəzası ilə Burak Yılmaz və Dani oyunu buraxmalı olacaq. Eyni cəza səbəbindən "Real"da Serxio Ramos və Xavi Alonso bu qarşılamada forma geyə bilməyəcək. Pepe isə məşq zamanı zədələndiyi üçün meydana çıxa bilməyəcək.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları


9 aprel

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Malaqa” (İspaniya)
İlk oyun 0:0

23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya)
İlk oyun 0:3

10 aprel

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.