Dünyanın iki məşhur yazarı - Umberto Eko və Orxan Pamuk Boğaziçi Universitetinin yaranmasının 150-ci ildönümüylə bağlı tədbirlər çərçivəsində bu təhsil ocağında bir araya gəlib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Boloniya Universitetinin müəllimi Patrisiya Violinin moderatorluq etdiyi söhbətə Umberto Ekonun sözləri möhürünü vurub.
Məşhur italyan yazar dünyadakı insanların çoxunun axmaq olduğuna inandığını deyib: "Bu, çox mühüm hissdir. Mən hazırda insanların 50 faizinin axmaq olduğunu düşünürəm. Hamısının axmaq olduğuna inandığım zaman ölə bilərəm".