Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şamaxı bölməsinin sədri, professor Seyfəddin Qəniyevin Xalq yazıçısı Əzizə Cəfərzadənin ömür yoluna həsr edilmiş “Cəfərzadələr ocağı – Əzizə Cəfərzadə” kitabı işıq üzü görüb.
AYB-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, kitabın yaxın günlərdə təqdimatı keçiriləcək.
Kitabda yazıçının həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilir.