Böyük Britaniyannın Azərbaycandakı səfirinin müavini Bakıda yol qəzasına düşüb.
Səfirin müavini 45 yaşlı Adrian Leenin idarə etdiyi “Hyundai” markalı, SFR D 00513 dövlət nömrə nişanlı avtomobil, 25 yaşlı Vaqif Hüseynovun idarə etdiyi eyni markalı maşınla toqquşub.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə dünən Azadlıq prospekti, 1 ünvanında qeydə alınıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisənin hansı sürücünün günahı ucbatından baş verməsi məlum deyil.
Məsələ ilə bağlı səfirlikdən münasibət öyrənmək mümkün olmayıb.