Aprelin 10-da axşam saatlarında Abşeron rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.
Abşeron rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində, yolun kənarında 1974-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Barat oğlu özünü “Vinçester” markalı odlu silahla güllələyərək intihar edib. B.Məmmədov özünə məxsus 90 RA 353 dövlət qeydiyyat nişanlı “AUDİ Q-7” markalı avtomobildə həyatına qəsd edib. Onun meyiti yoldan keçən şəxslər tərəfindən aşkar edilib.
Məlumata görə, intihar etmiş B.Məmmədov iş adamıdır və biznes fəaliyyəti ilə məşğul olurmuş.