Bakının mərkəzində daha bir yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Məhəmməd Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsi təmir işlərinin aparması ilə əlaqədar hər iki istiqamətdə bağlanıb.
Ümumilikdə Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Mirzağa Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlıdır. Bu səbəbdən Səməd Vurğun küçəsi ilə şəhər istiqamətində hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edirik. Eyni zamanda, bu küçənin bağlı olması səbəbindən Məhəmməd Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.