Bu gün Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq.