Azərbaycana xaricdən idxal olunan "AI-95 Premium" markalı benzinin qiymətində artım baş verib.
Artıq bəzi yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.
"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1.05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.
Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə hələ ki şamil edilməyib. "AI-92" markalı benzinqiyməti 70 qəpiyə qalmaqdadır. Onun qiymətini Tarif Şurası tənzimləyir.
"AI-95 Premium" markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.