"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı - Təl-Əviv marşrutu üzrə uçuşların sayını artırmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, cari ilin mart ayından etibarən sözügedən reys üzrə uçuşların sayı həftədə 4-ə çatdırılacaq.
Hazırda uçuşlar bazar günündən çərşənbə axşamınadək həyata keçirilir. AZAL həftənin cümə axşamları da Bakıdan Təl-Əvivə uçmaq niyyətindədir.