|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktoranturaya və dissertanturaya qəbul imtahanları, müsahibə başa çatıb.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetdə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı noyabrın 29-da elan verilib və dekabrın 16-dək sənəd qəbulu aparılıb. Planda nəzərdə tutulmuş ixtisaslar üzrə cəmi 80 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 40 sənəd, dissertanturaya 27 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya 13 sənəd) qəbul edilib.
Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmrinə əsasən yaradılan Sənəd Qəbulu Komissiyasının qərarına əsasən qəbul imtahanlarına fəlsəfə doktoru hazırlığı üzrə dokto-ranturaya 1 nəfər, qəbul müsahibəsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 8 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 2 nəfər buraxılıb. Müvafiq komissiyalar tərəfindən dekabrın 22-dən yanvarın 10-dək imtahanlar və müsahibələr obyektiv və şəffaf aparılıb. Rektor Cəfər Cəfərov və Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov prosesə ciddi nəzarət ediblər. İmtahan və müsahibələrin nəticələri əsasında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 7 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 5 nəfər qəbul edilib.
Yanvarın 13-də rektor qəbul edilən şəxslərlə görüşüb, onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov doktoranturaya və dissertanturaya qəbulla əlaqədar hesabat verib və təkliflərini bildirib. Doktoranturaya və dissertanturaya qəbul olunanlar imtahanların və müsahibələrin şəffaf və obyektiv keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Sonda doktoranturaya və dissertanturaya qəbul olunanlara vəsiqələr təqdim edilib.
S.QARAYEVA