“Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”.
APA-nın “Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib.
O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub.
NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.