“Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir”.
APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məqsədlə Brüsseldə hazırlıqlar başlayıb:
“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hüquqi baza üzrə bir sıra sahələri müzakirə etmək fikrimiz var.
Buraya iqtisadiyyat, ticarət, insan haqları və digərləri daxildir. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır”.