|
|
|
|
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib.
Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.
Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri, ölkəmizin BMÜTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.
Cavid QƏDİR