“Maarifçi” Tələbə Kredit Fondu 2016-2017-ci tədris ilinin növbəti elan sessiyasına başlayır.
Fonddan APA-ya verilən xəbərə görə, fondun üçüncü elan sessiyasının tarixi 1 fevral – 15 mart 2017-ci il olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri də 2016-2017-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün veriləcək.
Tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.