Kiyev şəhərindəki Azərbaycanlı Gənclər Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
525.az-a daxil olan məlumata görə, tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq , müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Ümummili lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb .
O, Ulu Öndərin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına xüsusi diqqət ayirmasından bəhs edərək, bu nəcib siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb. Tədbir iştirakçılarına Ulu Öndərin zəngin və dəyərli ömür yolu haqqında ətraflı məlumat verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanın beynəlxalq arenada nüfuz sahibinə çevrilməsində Dahi Heydər Əliyevin şəxsiyyətinin müstəsna rolundan bəhs edib .Gənclərə Ulu Öndər Heydər Əliyevlə bağlı xoş və səmimi xatirələrini danişan Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov 1990-93-cü illərdə azərbaycan xalqının üzləşdiyi ağır və məşəqqətli anlardan söz açaraq Həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasət nəticəsində azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulaıb.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gənclərin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına xüsusi diqqət ayirdığını diqqətə çatdıran Azərbaycan dili və Mədəniyyəti mərkəzinin rəhbəri Rafiq Zeynalov Ukraynada dahi Heydər Əliyev ideologiyasına sədaqətlə xidmət edərək vətənimizi layiqincə təmsil edən azərbaycanlı gənclərə gələcək işlərində uğurlar arzulaıb.Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə , gənc fəallardan Elməddin Zərbəlizadə, Ramin Hüseynov, Əzizə Tərlanova və digərləri çıxış edərək dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının xüsusəndə gənclərin Heydər Əliyevin dövlətçilik ideologoyasına xidmət etmələrinin vacibliyini vurğulayaraq Azərbaycan xalqının qurucusu və baş memarinin parlaq xatirəsinin heç zaman unudulmayacağını bildiriblər.