İstedadlı gənc rəssam Nərmin Sadıqovanın “Momentaus” adlı fərdi sərgisi təşkil ediləcək.
Sərginin açılışı fevralın 3-də saat 19-da “Gallery 1969” salonunda keçiriləcək. Sərgidə 50-ə yaxın rəsm nümayiş olunacaq.
Nərmin Nizami qızı Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Rəssamlıqla çoxdan məşğuldur. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin 4-cü kurs tələbəsidir. Onun əsərləri İtaliyada, Latviyada və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. 2012-ci ildə “Four Season” otelində “Bir körpənin həyatına rəng qataq” adlı ilk fərdi xeyriyyə sərgisi baş tutub. Elə həmin ildə “Bakının işıqları” adlı sərgidə iştirak edərək, qaliblərdən biri olub.
2014-cü ildə “Gallery 1969” sərgi salonunda “Səs” adlı ikinci fərdi sərgisi keçirilib. Nərmin Sadıqova həmçinin “Bakı Avropa oyunları”, “Xəmsə” Dekorativ Tətbiqi Sənət Festivalı, “Start” və başqa sərgilərin iştirakçısı olub.