Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında təsdiq olunub.
"Trend"-in məlumatına görə, Hacıyev prezident seçkilərində iştirak edəcəyini qəti bəyan edib. İclasda, həmçinin Şiyasi Şuranın mayın axırında keçirilməsi qərara alınıb.
Hacıyevin sözlərinə görə, mayda keçiriləcək geniş iclasda bir sıra təşkilati məsələlər, o cümlədən vəkillərin siyahısının, yerlərdəki nümayəndələrin, seçki dairəsində partiya adından iştirak edəcək nümayəndələrin müəyyən edilməsi və digər məsələlər müzakirə edlərək həll olunacaq.