https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
19 Aprel 2024
18 Aprel 2024

"Çempionluğa layiq oynayan "Neftçi" və "Qarabağ"dır"

"Çempionluğa layiq oynayan "Neftçi" və "Qarabağ"dır"

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın gedişi, komandaların son durumları haqda fikirlərinizi bilmək istərdik.

- Çempionluq üçün üç komanda mübarizə aparır: “Neftçi”, “Qarabağ” və “İnter”. Digər komandalar dördüncü yer uğrunda oynayır. “Xəzər Lənkəran”ın ancaq kubokda şansı varsa, “Bakı” kkubokun finalına çıxmaqla və çempionatda dördücü yeri tutmaqla avrokuboklara qatıla bilər. Son iki tur maraqlı keçdi. Liderlərin maraqlı mübarizəsi ilə yadda qaldı. “Qarabağ” hər iki turda baxımlı oyunu ilə yadda qaldı. Ancaq “Neftçi”nin “Qarabağ”a uduzmağı o demək deyil ki, çempionluğa şansı azaldı. “Simurq”a qalib gəlməklə “Neftçi” yenə liderlyini qoruyur.

- Son turda ən maraqlı oyun “Qarabağ”la “İnter” arasında keçirildi. Bu oyun haqda nə deyə bilərsiniz?

- Həqiqətn çox maraqlı oyun oldu. Bu dərəcədə maraqlı olacağı gözlənilmirdi. Oyunu canlı izləyirdim. Qolların demək olar ki, hamısı müdafiədə olan mövqe səhvlərindən vuruldu. Onu deyə bilərəm ki, “Qarabağ” üstün oynayırdı və qələbəyə layiq idi.

- “Qarabağ”ın ikinci pilləyə qalxması “İnter”in şanslarını nə dərəcədə azalda bilər?

- Qarşıda hələ oyunlar var. Bu məğlubiyyətlə “İnter” ümidini itirməməlidir. Növbəti oyunlardan çox şey asılı olacaq. Əsasən də növbəti tur çox gərgin olacaq. “Neftçi”ni  Qəbələdə çətin oyun gözləyir. “Qarabağ” “Bakı” ilə qarşılaşacaq. Hər iki oyunda komandaların xal itirmək ehtimalı var. Ona görə də “İnter” üçün hələ şans var.

- Sabah Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə “Qarabağ” yenidən üz-üzə gələcək. Bu oyundan nə gözləmək olar?

- Bizim komandalar həftdə bir dəfə oynamağa, istirahət etməyə öyrəşiblər. Amma indi həftədə iki oyun keçirməli olurlar. Azərbaycanda kubok qazanmaq tarixi uğur sayılır. Həmişə kubok qazanan komandaların adı uzun illər çəkilir. Ona görə də kubokun əhəmiyyəti böyükdür. İki çempionluğa namizəd komandalrın oyunu olacaq. Belə sıx qrafikdə komandada bir-birini əvəz edə bilən fubolçu çox olmalıdır. Lider futbolçu olmalıdır ki, komandasını arxasınca aparsın. Şansları bərabər hesab etmək olar. Komandaların bu görüşü əvvəlkindən də maraqlı olacaq.

- Çempionluğa layiq oyun nümayiş etdirən komanda hansıdır?

- Bu suala bir-iki cümlə ilə cavab vermək olmaz. Çempionat ərəfəsində öz oyunu ilə “Neftçi” bütün komandaları üstələyirdi. Amma yaddan çıxarmaq olmaz ki, “Neftçi” yeddi dəfə məğlub olub. “Sumqayıt” kimi komandaya da uduzub. Çempionluğa oynayan komanda az məğlub olmalıdır. “Neftçi” həmişə hücumameyilli olduğundan bu başa düşüləndir. “Neftçi”dən çox qol vuran da yoxdur. Demək olar ki, stabil oynayıb. “Qarabağ”da ən az uduzan komandadır. Cəmi dörd dəfə uduzub. Amma “Qarabağ” gah əla oynayıb, gah da orta. İndisə baxımlı oyun nümayiş etdirir. Bunu da səbəbi heyətdəki dəyişiklik oldu. Əsasən də orta xətdəki dəyişikliklər uğurlu alındı. Demək olar ki, elə turnir cədvəlinin birinci və ikinci pilləsinə olan “Neftçi” ilə “Qarabağ” çempionluğa layiq oyun nümayiş etdirir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.