Aprel ayının 18-28 tarixlərində “23 nisan çocuk bayramı” festivalında iştirak etmək üçün Bakı Uşaq Teatrı Türkiyə Respublikasında qastrol səfərinədə olacaq.
525.az-ın məlumatına görə, teatr festivala İntiqam Soltanın quruluş verdiyi “Fədakar siçanlar”adlı yeni tamaşa ilə qatılacaq. Bundan başqa Teatrın nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası da festivala qatılacaq. Festival Sinop və Girəsun şəhərlərində keçiriləcək.
GÜNEL