525.az Lent.az -a istinadən öskürəkdən xilas olmağın ən asan yolunu təqdim edir:
Ərzaqlar:
- 3 stəkan su
- 1 dənə soğan
- 1 dənə limon
- 2 xörək qaşığı bal
Hazırlanması:
3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub, iki yerə bölərək qaynayan suyun içərisinə atın. 15 dəqiqədən sonra soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Su ilindikdən sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.
Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.