Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi uzunluğu 112,5 km olan Hacıqabul - Bəhrəmtəpə yolunun yenidən qurulması işləri hazırda davam etdirilir. İkinci texniki dərəcəli iki hərəkət zolaqlı yolda 5 heyvan keçidi, 1 yerüstü piyada keçidi, 11 yeni körpünün, 187 ədəd müxtəlif diamertli borunun tikintisi və 1 körpünün əsaslı təmiri nəzərdə tutulub.
Yolun Hacıqabul - Bulaqlı hissəsində ikiqat asfalt - beton örtük vurulub, Bulaqlı - Bəhrəmtəpə hissəsinin 20 km-də isə torpaq işləri və ikiqat asfalt - beton örtüyünün vurulması başa çatdırılıb. Demək olar ki, layihə üzrə işlərin 60 faizi yerinə yetirilib. Layihənin bir hissəsinin 2013-cü ildə, ümumilikdə isə 2014-cü ildə istismara verilməsi planlaşdırılır.