“Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılması ilə bağlı bəzi media orqanlarında dərc olunan məlumat tamamilə yanlışdır”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri Azərbaycanın siyasi sisteminin - prezident, parlament və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin, bölgü prinsiplərinin Azərbaycan Konstitusiyasında əks olunduğunu xatırladıb, belə təşəbbüslərin olmadığını qeyd edib: “Belə təşəbbüsə ehtiyac da yoxdur”.
O qeyd edib ki, gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldıracaqsa, bunu referendum yolu ilə həll etmək olar: “Hazırda isə belə bir təşəbbüs yoxdur, bu dezinformasiyadır”.