https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

Yubiley oyununda məğlubiyyət

Yubiley oyununda məğlubiyyət

AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin yubileyi Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. Tərlan Əhmədovun komandası öz meydanında “Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.

AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.

Premyer Liqada 2005/06 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.

Xatırladaq ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.