Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasına səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, S.Əbiyev Polşa müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə gedib.
Səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbi-texniki əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.