Çindən və Şərqi Asiya ölkələrindən Azərbaycana quş əti gətirilməsi qadağan olunub. Buna səbəb Çində aşkarlanan quş qripi virusudur.
Çində quş qripi virusundan ölənlərin sayı 14-ü keçib. Quş ətinin ölkəmizə gətirilməsinə qadağa qoyulsa da, Çində quş qripinin geniş yayılması bu ölkə ilə Azərbaycan arasında olan Bakı-Urumçi-Bakı aviareysinə təsir göstərməyib.