Gənclər və İdman Nazirliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hərbi xidmətdə olan gənclərin hərbi-vətənpərvərlik işinə dəstək” layihəsi davam edir.
Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihədə əsas məqsəd hərbi xidmətdə olan gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, orduya, vətənə sevgi hissinin yüksəldilməsidir. Layihə çərçivəsində hərbi xidmətdə olan gənclərin keçmiş döyüşçü, veteran, ictimaiyyət nümayəndələrilə görüşləri təşkil olunub. Eyni zamanda gənclər üçün hərbi-vətənpərvərlik mövzusunda “Hər bir gənc vətənpərvər olmalıdır” kitabı hazırlanıb ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, kitab hərbi hissələrin kitabxanalarına və xidmətdə olan gənclər arasında pulsuz paylanacaq.
S.QARAYEVA